Dekabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın soyuyacağı, yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Havanın temperaturunun anomal gedişi gözlənilir. Dekabrın 14-də gecə və səhər 4-6° isti, günün ikinci yarısında və axşam 1-3° isti olacağı ehtimal edilir.
Bakıda gecə və səhər 4-6° isti, günün ikinci yarısında və axşam 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 769 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10 ° şaxta, gündüz 2° istidən 3°-dək şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-4°, gündüz 4 -8° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-4° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında dekabrın 14-dən başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, yaxın 3-4 gün ərzində soyuq, rütubətli və küləkli keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq
Ölkə ərazisində uzun müddət davam edən mülayim hava şəraitindən sonra 13-ü axşam saatlarından başlayaraq bəzi rayonlarda yağıntının intensivləşəcəyi, 14-dən başlayaraq 18-dək havanın soyuq, şaxtalı olacağı, temperaturun ötən günlərlə müqayisədə 8-10° aşağı enəcəyi gözlənilir. Respublikanın rayonlarında fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.