Dekabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, günün birinci yarısında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaqdır.
Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 772 millimetr civə sütunu, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz yağıntıların tədricən kəsiləcəyi ehtimal edilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 13-18 ° şaxta, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gündüz yağıntıların tədricən kəsiləcəyi ehtimalı vardır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 2 -6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz yağıntıların tədricən kəsiləcəyi, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 7-12° , gündüz 0-4° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 20-25°, gündüz 5-10° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
Temperaturun gecə 0-4° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 18-dən 20-dək Abşeron yarımadasında havanın temperaturunun tədricən yüksəlməsi və meteoroloji amillərin normal sutkalıq gedişinin meteohəssas insanlar üçün əsasən əlverişli olacağı gözlənilir.