Dekabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3-6°, günün birinci yarısında 10° isti, axşam 4° -yə yaxın isti olacaqdır.
Bakıda gecə 4-6° şaxta, günün birinci yarısı 10° isti, axşam 4°-yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimal edilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12 ° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2 -7° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 7-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti,
dağlarda gecə 2-4° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoz
Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.