Dekabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.
Temperatur gecə 0-3° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 778 millimetr civə sütunundan 772 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaqdır.