Dekabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.
Temperatur gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə zəif qar yağacaq, duman olacaqdır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11° şaxta, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkd, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 26-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.