Dekabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.
Temperatur gecə 1-4° , gündüz 6-11° isti, Bakıda gecə 1-3° , gündüz 8-10° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif qar yağacaq, duman olacaqdır.
Temperaturun gecə 12-17° şaxta, gündüz 4-9° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti isti olacaqdır.