Dekabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.
Temperatur gecə 0-4° isti, gündüz 6-11° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 13-18° şaxta, gündüz 4-9° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti,
dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaqdır.