Dekabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 13-18° şaxta, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında az yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.