Dekabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 2-6° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 15-20° şaxta, gündüz 7-12° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı ehtimal olunur.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskin olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-10° isti,
dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaqdır.