Dekabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 6-10° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 15-20°, bəzi yerlərdə 23°-dək şaxta, gündüz 8-13° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-10° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.