DEKABRIN SONUNADƏK BAKI-TBİLİSİ-CEYHAN İXRAC KƏMƏRİ ÜÇÜN TORPAQ SAHƏLƏRİNİN ALINMASINA BAŞLANACAQDIR
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gələn ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin layihəsi üzrə aparılacaq tikinti işlərinin cədvəlinə uyğun olaraq cari ilin son həftələri ərzində üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərində torpaq sahələrinin alınmasına başlanacaq. Bu, layihənin icrası üzrə atılan növbəti addımdır.
Şirkətdən onu da əlavə etmişlər ki, Bakı-Tbilisi-Ceyhan kəməri üçün Yaponiyadan Gürcüstanın Poti limanına boruların ilk dəsti 2003-cü ilin yanvarında gətiriləcəkdir. Layihənin maliyyələşdirilməsi işlərinə isə ilin ikinci yarısında başlamaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]