DƏMİRYOLÇULAR UĞURLU START GÖTÜRMÜŞLƏR
Ötən il Naxçıvan və Şərur dəmir yolu vağzallarının binaları və onların ətrafındakı yardımçı tikililər əsaslı təmir edilərək, yenidən qurulmuşdur. Culfa lokomotiv deposunda nəzərdə tutulan 265 vaqon əvəzinə 282 vaqon təmir edilmiş, 571 lokomotivə texniki xidmət göstərilmişdir. Naxçıvan-Şərur, Naxçıvan-Ordubad, Naxçıvan-Təbriz istiqamətlərində hərəkət edən qatarlarla 167 min 876 sərnişin daşınmış, tapşırığa 131 faiz əməl edilmişdir.
Nailiyyətləri artırmaq üçün yeni ilin ilk günlərindən uğurlu start götürən dəmiryolçular, qışın sərt və şaxtalı keçməsinə baxmayaraq, vaqon və lokomotivlərin daim saz halda olmasına, sərnişinlərə mədəni xidmət göstərilməsinə çalışırlar.