Azərbaycan Dövlət İnformasiya Agentliyi

Demokratiyaya baxış maraqların təsiri altında dəyişməməlidir

Demokratiyaya baxış maraqların təsiri altında dəyişməməlidir

Bakı, 22 sentyabr, AZƏRTAC

Zaman ötdükcə bir daha əmin oluram ki, 2020-ci il 15 fevral tarixli Münhen Təhlükəsizlik Konfransı ölkəmizin haqq səsinin dünyaya çatdırılması və Ermənistanın təcavüzkar mahiyyətinin ifşası baxımından mühüm rol oynadı. Azərbaycan məhz bu konfransda ən parlaq diplomatik uğurlarından birini qazandı. Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilən ilk ictimai debat dünya birliyinə göstərdi ki, Qərbdə bəzi dairələrin az qala “demokratiya mücəssəməsi” hesab etdikləri N.Paşinyanın dünyagörüşü də uydurma erməni miflərinin təsiri altında formalaşıb və bu mənada o sələflərindən heç nə ilə fərqlənmir. Prezident İlham Əliyevin tarixi faktlara və beynəlxalq hüquqa söykənən dəlilləri qarşısında Paşinyanın konfransda dedikləri o qədər cılız və əsassız idi ki, əgər vizual görüntü olmasaydı, bu cür gülünc fikirlərin dövlət başçısının dilindən çıxdığına inanmaq çətin olardı. Paşinyan sevdalıları onun fikirlərinə nə qədər don geyindirməyə çalışsalar da, bu açıqlamalar “demokrat” və ciddi siyasətçi obrazı ilə heç cür uyuşmur. Onun tarixi faktları təhrif edən və ölkəmizlə bağlı gerçək niyyətini ortaya qoyan açıqlamalarından birini yada salmaq istəyirəm: “Çünki erməni kralı böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Demokratiyaya baxış maraqların təsiri altında dəyişməməlidir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd olunur: “Paşinyanın “ən qədim millət”lə bağlı sərsəm erməni xülyasından doğan bu cəfəng fikri nüfuzlu beynəlxalq auditoriya qarşısında səsləndirməsi o demək idi ki, ermənilərin başında dayanan şəxsin özü belə, uydurma miflərin girovluğunda yaşayır və məhz bu cür saxta miflər onun mənəvi dəyərlər ölçüsünün əsasını təşkil edir. Ona görə də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan növbəti açıqlaması o zaman cəmiyyətimizi nə qədər hiddətləndirmiş olsa da, əslində, təəccüb doğurmamalı idi. O, belə demişdi: “Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib. Biz ərazi bütövlüyündən danışan zaman qərar verməliyik ki, biz hansı ölkənin ərazi bütövlüyü barədə danışırıq. Mənim sualım bundan ibarətdir”. Belə absurd fikirləri Paşinyanın özü səsləndirdiyinə görə, bəlkə, indi deyə, Zəngəzurla bağlı hansı xəritə onun üçün daha doğmadır? Bu cür bəsit və əsassız açıqlamalardan sonra da Paşinyanı “demokrat” və “dəyər daşıyıcısı” hesab edən ciddi dövlət adamlarının demokratiya barədə təsəvvürləri işğalçı Ermənistana gəldikdə, görəsən, nədən dəyişərək kiçilir? Yoxsa, bu dəyişkənliyin arxasında yalnız erməni simpazantlığı dayanır? Bu gün ölkəmizi ədalətsiz şəkildə aqressiyada ittiham edən nüfuz sahibləri Paşinyanın əzəli Azərbaycan torpağı olan Şuşada qurduğu kef məclisini, görəsən, heç izləməyiblərmi və ya oradan səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını eşitməyiblərmi? Şuşanı və başqa torpaqları Azərbaycana guya “təslim etdiklərinə” görə indi Ermənistanda həbs olunan erməni generallarının cinayət işləri də onlara heç nə demir? “Yeni ərazilər uğrunda yeni müharibə” çağırışı da məhz Paşinyan hökumətinin müdafiə naziri tərəfindən demokratiyanın beşiyi saydığımıza görə dəyər verdiyimiz ABŞ-da səsləndirilmişdi. Faktların yalnız çox kiçik hissəsini yada saldım. Halbuki, onların hər biri ayrı-ayrılıqda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından heç vaxt əl çəkmədiyini təsdiq edir. Əgər beynəlxalq hüquqa zidd olan bu cür açıqlama müəlliflərini kimlərsə hələ də “demokrat” hesab edirlərsə, deməli, ya demokratiya ilə bağlı təsəvvürlərimiz fərqlidir, ya da bəziləri maraqlarını dəyərlərə deyil, dəyərləri maraqlarına uyğunlaşdırmaqla məşğuldur. Belələri etiraf etməsələr də, cəmiyyətimiz yaxşı bilir ki, bu il sentyabrın 12-13-də olduğu kimi, 2020-ci ilin iyul və sentyabr aylarında da hərbi təxribatı törədən Ermənistan idi. Qəhrəman Azərbaycan Ordusu iki il əvvəl, sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində erməni işğalına son qoydu, məhz savaş meydanında şəhidlərimizin qisasını aldı, son iki əsrdə milli qürurumuzla oynayan “məğlubedilməz” erməni mifini yerlə-yeksan etdi. Bu müharibədə 2907 əsgər və zabitimiz Vətən yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldı, mindən çox hərbçimiz yaralanaraq sağlamlığını itirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Düz 27 il gözlədik ki, BMT Təhlükəsizlik Şurasının guya məcburi olan məlum dörd qətnaməsi xoşluqla icra edilsin. 28 il boyunca Minsk qrupunda təmsil olunan vasitəçilərin danışıqlar masasında sülh yolu ilə nəsə edə biləcəyinə əvvəlcə inandıq, daha sonra özümüzü inandırmağa çalışdıq, sonda isə yanıldığımızın şahidi olduq. Gördük ki, Ermənistanın işğalı rəsmiləşdirməyə, status-kvonu saxlamağa yönələn imitasiya oyunlarına nədənsə göz yumulur, işğalçı ilə işğala məruz qalan arasında tərəfsizlik pərdəsi altında ədalətsiz şəkildə bərabərlik işarəsi qoyulur. Məhz bu səbəbdən, xalqımızın vasitəçilər institutuna inamı heçə endi. Çünki vasitəçilərdən hər hansı birinə təcavüz edilsəydi və ya ərazisində hansısa separatçı meyl baş qaldırsaydı, nəinki illərlə, heç bir saat da gözləməzdilər. Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində bu illər ərzində üzləşdiyimiz haqsızlıqlardan birini açıq mətnlə bu cür ifadə etdi: “Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı”.

Azərbaycana münasibətdə bu cür fərqli və ədalətsiz yanaşmanı gördükdən, vasitəçilərin fəaliyyətinin mənasızlığına əmin olduqdan sonra, işğalçı Ermənistanla yalnız onun başa düşəcəyi dildə danışmalı idik. BMT Nizamnaməsinə və beynəlxalq hüquqa görə tarixi ədaləti, ərazi bütövlüyümüzü savaş meydanında təmin etmək bizim təbii haqqımız idi. Bu, həm də şəhidlərimizin ruhu və gələcək nəsillər qarşısında mənəvi borcumuzdan irəli gəlirdi. Xaricdəki bəzi dairələr erməni yalanlarına uya, bəziləri isə erməni sevdalısı olduqlarına görə, bəşəri dəyərləri unuda və Azərbaycana qərəzli münasibət göstərə bilərlər. Həmin dairələr elə buna görə indiyədək Xocalı faciəsinin üstündən sükutla keçirlər. Yalnız bu səbəbdən ayrı-seçkilik edərək uydurma “erməni soyqırımını” tanıyır, qardaş Türkiyəyə isə qərəz və nifrət püskürürlər. Bəlkə elə buna görə 44 gün ərzində Ermənistanın törətdiyi müharibə cinayətlərini, münaqişə zonasından kənarda yaşayan mülki əhalimizə atdığı ballistik raketləri, fosforlu və kasetli bombaları da görmədilər. Aralarında uşaq, qadın və yaşlı adamların olduğu 100-ə yaxın mülki insanımızın qətlə yetirilməsi də onları narahat etmədi. 44 gün ərzində ermənilərin Ağdama, Bərdəyə, Füzuliyə, Gəncəyə, Goranboya, Naftalana, Mingəçevirə və Tərtərə atdıqları qadağan olunmuş raketlər də həmin dairələrin diqqətini cəlb etmədi. İşğal dövründə ermənilər tərəfindən şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, 13 dünya, yüzlərlə ölkə əhəmiyyətli tarixi və mədəni abidələrimizin məhv edilməsi, 67 məscidimizdən 65-nin, hətta qəbirlərimizin dağıdılaraq təhqir olunması, xarici jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamın viran günə qoyulması da bu dairələrin eyninə olmadı. Elə bu səbəbdən, Ermənistanın illərlə torpaqlarımızda apardığı qanunsuz məskunlaşdırma siyasətinə göz yumulması bizləri təəccübləndirməməlidir. Baxmayaraq ki, BMT Baş Assambleyasının öz qətnaməsinə, beynəlxalq təsnifata görə bu əməlin özü də ayrılıqda müharibə cinayəti hesab olunur. Amma Ermənistanın nə bu, nə də digər cinayətləri dünyanın nüfuzlu tribunalarından qınanmadı, işğalçıya qarşı bir dəfə də olsun beynəlxalq sanksiya tətbiq edilmədi. Prezident İlham Əliyev elə buna görə Dünya Azərbaycanlılarının V Qurultayında üzləşdiyimiz gerçək vəziyyəti bu cür ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Yəqin ki, həm də bu səbəbdən, bəziləri Azərbaycanın tarixi Zəfərini hələ də həzm edə bilmir. Belələrini daha çox narahat və məyus edən odur ki, nə qədər çalışsalar da, ölkəmizdə Xalq-Prezident birliyinə nifaq sala bilmirlər. Çünki həmin dairələr dünya tarixindən yaxşı bilirlər ki, vətəndaş-hakimiyyət həmrəyliyi olmayan ölkələrdə bu cür möhtəşəm zəfərlər əldə edilmir. Bu birlik yalnız o zaman tarixi uğurla nəticələnir ki, təməlində qarşılıqlı inam və etimad dayanır, Ordu isə Ali Baş Komandanına sonsuzadək güvənir. Bədxahlarımız zərrə qədər şübhə etməməlidirlər ki, indi cəmiyyətimiz daha mütəşəkkildir və bugünkü Azərbaycan dövləti istənilən təxribatın qarşısını bundan sonra da qətiyyətlə almağa hazırdır.

Qarşıdan 27 sentyabr tarixi gəlir. Bu tarix Prezidentimizin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü elan olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilib. Anım Günündə hər kəs, dost da, düşmən də bir daha görəcək və görməlidir ki, qədirbilən xalqımız gələcək qələbələrimizin də açarı olan tarixi birliyimizi bədxahların bütün tələlərindən qorumağa və hifz etməyə qadirdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Uca Tanrı xalqımızı və Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu, Azərbaycanı sevənləri və uğurlarımıza sevinənləri, qardaş və dost ölkələri qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər