Dennis Fransis: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik
Bakı, 15 mart, AZƏRTAC
BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.
AZƏRTAC verir ki, bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“BMT Baş Assambleyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşünü təqdir edir. Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]