COP29
Departament direktoru: COP29-da müsbət qərarlar veriləcəyinə inanıram
Bakı, 22 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi müzakirələrində iştirak etmək üçün Maldiv adalarından gəlmişik. Azərbaycan COP29-un hazırlanmasına xüsusi səy göstərib.
Buradakı xidmətlər, hər şey mükəmməl şəkildə qurulub. Buna görə də Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Maldiv adalarının Ətraf Mühit və Enerji Nazirliyinin İqlim dəyişikliyi departamentinin direktoru Ali Shareef deyib.
COP29-da iştirak etməyinin əsas məqsədinin iqlim maliyyəsi olduğunu deyən departament direktoru müsbət qərarların veriləcəyinə inandığını bildirib.
"COP29-da yumşaldılma və uyğunlaşma ilə bağlı bir çox istiqamətlərdə yekunlaşacağına ümid etdiyimiz başqa elementlər də var, lakin ən əsası maliyyədir", - deyə o əlavə edib.