DEPUTAT AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Fransadakı Azərbaycan diasporunun Parisdə yaşayan bir qrup ziyalısı ilə görüşmüşdür. Söhbət zamanı o, Prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan quruculuq işləri və demokratik islahatlar barədə məlumat vermiş, nümayəndə heyətinin AŞPA-dakı iki illik fəaliyyətindən danışmış, Azərbaycanın dövlət və milli maraqlarını ifadə edən sənədlərin indi bu qurumun əsas müzakirə mövzularından olduğunu bildirmişdir.
Soydaşlarimiz həmin sənədləri xaricdə yaşayan azərbaycanlıların bu gün fəaliyyətdə olan internet saytında yerləşdirməyin vacibliyini qeyd etmişlər.
Söhbət əsnasında xaricdə yaşayan soydaşlarımızın təhsil problemlərindən danışılmış, Azərbaycandakı mövcud dərsliklərlə onların daha yaxından tanışlığı və təhsil siyasətində ortaq prinsiplərin həyata keçirilməsi üçün işbirliyinin zəruriliyi vurğulanmışdır.
Müxtəlif ölkələrdə azərbaycanlıların nəşr etdirdikləri qəzet və jurnallar arasında əlaqə yaratmaq barədə də fikir mübadiləsi aparılmış, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə Fransada yaşayan soydaşlarımızın görüşlərini müntəzəm keçirmək qərara alınmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]