Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına sərt mesaj göndərdi

Deputat: Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına sərt mesaj göndərdi

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf edən, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi. Bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir. Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də bütün bunlara baxmayaraq, ölkəmizin bu şərtlər içərisində qazanılan nailiyyətləri necə əldə etməsi üçün olduqca qiymətlidir. Heç şübhəsiz ki, belə ağır şərtlər içərisində inkişafı təmin etmək üçün çox ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır ki, iqtisadi və siyasi maraqlarımızı təmin edə bilək. Qısaca qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm nailiyyətlər əldə edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bu kontekstə Prezident İlham Əliyev, ilk növbədə, regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin olunması və iqtisadiyyatın coğrafi diferensiallaşdırılması baxımından bu, olduqca vacib komponentdir. Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol-nəqliyyat və digər kommunikasiya layihələri münbit sərmayə mühiti yaradıb ki, bu da investorların diqqətini cəlb edib. Ona görə də qeyri-neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir.

Əlbəttə, güclü iqtisadiyyat, hər şeydən əvvəl, qüdrətli ordu yaratmağımızı və onu ən müasir hərbi texnika və avadanlıqla təchiz etməyimizi təmin edib ki, bu da Günnüt döyüşlərində 11 min hektardan çox ərazimizi erməni işğalından azad etməyə və Ermənistanın regionlarını birləşdirən mühüm strateji yolu nəzarət altına almağımıza şərait yaradıb. Ali Baş Komandanımız bu məsələyə də toxunaraq bildirdi ki, Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir.

H.Babaoğlu qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və işğalçı Ermənistanın hazırkı vəziyyətinə dair məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən onların fəaliyyətini haqlı olaraq tənqid etdi. Bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla həm də əslində onların, heç olmasa, bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır.

Azərbaycanın bundan sonra da prinsipial mövqeyində qalacağını bildirən Ali Baş Komandan, Prezident İlham Əliyev qeyd edib ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir.

Deputat deyib ki, ümumilikdə 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğalçı ölkə istisna olmaqla bütün qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanması, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini Prezident İlham Əliyev xarici siyasətimizin uğurları kimi dəyərləndirdi. Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallığa çevrilməsini və artıq milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bu sırada Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal- Cənub nəqliyyat dəhlizlərini və onların iqtisadi perspektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb