Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol
“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!”
                                      Ümummilli Lider Heydər Əliyev

Bakı, 12 may, AZƏRTAC

Bənzərsiz liderlik keyfiyyəti, cəsarəti, misilsiz dünyagörüşü və insanı heyran edən natiqlik istedadı ilə Heydər Əliyev şəxsiyyəti bu günə kimi hələ də büsbütün öyrənilməmiş sirli bir dünyadır. Ağır, mürəkkəb hətta çıxılmaz hesab olunan vəziyyətlərdən dövlət xadimi kimi alnıaçıq çıxmaq bacarığı Ulu Öndərdə sanki bir Allah vergisi idi. Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə rəğmən istedadı və vətənpərvərliyi sayəsində Sovet İttifaqı kimi nəhəng bir imperiyanın rəhbərlərindən birinə, sonradan müstəqil Azərbaycanın qurucusuna - Ümummilli Liderə çevrildi. Ulu Öndər öz doğma xalqını dibi görünməyən quyudan çıxarıb işıqlı gələcəyə tərəf inamla apardı.

Bu fikirlər Prezident təqaüdçüsü, “Qərbi Azərbaycan milli-mədəni inkişaf” İctimai Birliyinin təsisçisi Seyid Aynurun “Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndərin sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəb gələcək milli ordu quruculuğunun əsasını təşkil edib, Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin birinci dövrü xalqın milli oyanışı olacaqdı. Daim xalqının gələcəyini düşünən böyük azərbaycanlının əzmkarlığı sayəsində yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial sonralar respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradacaqdı.

Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən, etnik əlamətə görə parçalanıb yox olmaqdan xilas etmək üçün 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, xalqımız böyük siyasət adamını hakimiyyətə gətirdi. Bu tarixi hadisə gələcəkdə Azərbaycanın xarici və daxili düşmənlərinin pis niyyətlərini ürəklərində qoyacaq, vətəndaş müharibəsinin qarşısını alacaq, Azərbaycan Respublikasını bütün dünya dövlətləri üçün bərabərhüquqlu tərəfdaşa çevirəcəkdi.

Ulu Öndərin nəhəng siyasi layihələrdən biri olan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığını Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində dəqiq şəkildə belə ifadə edib: “Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə “Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi”.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atıldı. Ulu Öndər sovet rejiminin bir-birindən ayrı saldığı dünya türklərini birləşdirmək məqsədilə Böyük İpək Yolu layihəsinin həyata keçirilməsinə, türk eposu “Kitabi–Dədə Qorqud”un 1300 illiyinin və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinin bütün dünyada qeyd olunmasına nail oldu.

Tarix boyu azərbaycanlıların yaşadıqları ərazilər hesabına ermənilər özlərinə Cənubi Qafqazda dövlət qurmağa çalışıblar və bu məqsədlə azərbaycanlı əhalinin fiziki məhvindən nəinki çəkinməyib, məkrli niyyətlərinə çatmaq üçün saysız deportasiyalar həyata keçiriblər. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə vəhşiliklərlə həyata keçirilmiş köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Ümummilli Lider 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında indiki Ermənistan adlandırılan ərazilərin tarixən Azərbaycana mənsubluğu məsələsinə toxunub. Elə həmin ilin dekabrında “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının bir qrupu ilə görüşdə çıxış edən Ulu Öndər Heydər Əliyev bir daha Qərbi Azərbaycan məsələsindən bəhs edib. Qafqazın müxtəlif ölkələrindən olan nümayəndələrin qarşısında açıq şəkildə mövqeyini belə ifadə etmişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.

Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarında İrəvan və Zəngəzur torpaqlarına qayıdış məsələsi də əhəmiyyətli yer tutub. Ümummilli Lider Qərbi Azərbaycan torpaqlarına qayıdışın gələcəkdə reallaşacağına inamını belə dilə gətirib: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar”.

Xalqımız Ali Baş Komandanın apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların tez bir zamanda öz doğma torpaqlarına qayıdacağına əmindir. Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Ümummilli Lider Heydər Əliyevin ən böyük amalı idi. Bu arzunu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Ölkəmizin ərazi bütövlüyü Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun gücü, antiterror tədbirləri nəticəsində tam bərpa olundu.

Azərbaycanın qısa bir zaman kəsiyində dinamik inkişaf edərək beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsi şübhəsiz ki, Prezident İlham Əliyevin Ulu Öndərin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirməsinin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib