DİN: Ötən gün yol-nəqliyyat hadisələrində 5 nəfər ölüb
Bakı, 15 mart, AZƏRTAC
Martın 14-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]