DİN: Ötən iki gün ərzində 35 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bakı,12 avqust, AZƏRTAC
Avqustun 10-da və 11-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə
aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:42]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]