Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dirijor Valid Ağayev: Orkestr ilə vəhdətdə olmağa çalışıram

Dirijor Valid Ağayev: Orkestr ilə vəhdətdə olmağa çalışıram

Bakı, 29 iyul, Anara Axundova, AZƏRTAC

Özünün də etiraf etdiyi kimi, o, səhnəyə çıxanda hələ uşaqlıq illərindən gələn sehrin əlamətlərini hiss edir. Dirijor deyir ki, çıxışları zamanı bəzən xəyalında canlanan hissləri cilovlaya bilmir.

Həmsöhbətimiz Bakı Musiqi Akademiyasının və Köln Ali Musiqi Məktəbinin məzunu, Adana Çukurova Universitetinin Dövlət Konservatoriyasının müəllimi və orkestrinin dirijoru, Mersin Şəhər Orkestrinin dirijoru, skripka ifaçısı Valid Ağayevdir.

Valid Ağayev AZƏRTAC-a yaradıcılıq yolundan danışıb və gələcək planlarını bölüşüb.

- Valid müəllim, dirijora verilə biləcək ən qəribə sual hansıdır?

- Ən qəribə sual budur: “Dirijor nə üçündür?” (Gülür.) Amma mənim bu suala ətraflı cavabım var. Hesab edirəm ki, dirijor səhnədə son klassisizm dövründən başlayaraq orkestr əsərlərinin ifası üçün lazım olub. Məsələn, barokko musiqisində dirijora ehtiyac yoxdur - orada hər şey ahəngdar və üzvi şəkildə tərtib olunub. Aydındır ki, kimsə səhnəni idarə etməlidir, lakin bu rol üçün klavesin və ya orkestrin birinci skripka ifaçısı tamamilə uyğundur. Yeri gəlmişkən, dirijor çubuğundan istifadə edən ilk tamhüquqlu dirijorlardan biri 1820-ci illərin əvvəllərində Lüdviq Şpor olub.

- Siz skripkadan bəhs etdiniz, gəlin, bu haqda ətraflı danışaq. Uşaqlıqda Bethovenin 9-cu Simfoniyasını dinlədikdən sonra bütün alətlərdə ifa etməyi öyrənmək istədiniz, lakin skripkanı seçdiniz. Niyə? Axı orkestri əvəz edə biləcək alət royal hesab olunur.

- Düzdür, amma skripkanı mən seçməmişəm. Mən elə royalı seçirdim. Lakin anam skripkada israr etdi, buna görə də bu gün ona inanılmaz dərəcədə minnətdaram. Anam piano ifaçısıdır. Onun özü sonradan mənim bitirdiyim Bülbül adına indiki xüsusi musiqi məktəbinə daxil olanda, gələcək skripka üzrə professorum Tahir Atakişiyev həqiqətən də onu skripka sinfinə qəbul etmək istəyirdi. Lakin babam təkid edirdi ki, anam piano sinfinə getsin. Anam da bu istəyi mənim vasitəmlə həyata keçirdi. Amma Bülbül adına məktəbdə “Ümumi fortepiano” fənni var idi və mən, demək olar ki, fortepiano ixtisası üzrə təhsil alanlarla bərabər gedirdim. Bu aləti çox sevirəm. Artıq 4-cü sinifdən skripkaya daha çox diqqət yetirirdim.

- Niyə ananızın skripkada israr etdiyinə görə minnətdarsınız?

- Çünki bu alət məni solo və kamera ifası üçün heyrətamiz əsərlərlə tanış etməklə yanaşı, orkestrin repertuarına da bələd oldum. Yəni, mən dirijor olaraq bu prosesə orkestrdə əyləşmiş skripka ifaçısı prizmasından da yanaşıram.

- Necə düşünürsünüz, fortepiano sinfini bitirib yenə də dirijor olardınız, yoxsa taleyiniz başqa cür olardı?

- Çox çətin sualdır... Mən əminliklə cavab verə bilmərəm. Çünki pianoçu kimi taleyimin necə olacağını bilmirəm. Lakin mən məhz orkestrdə işlədiyim üçün dirijor oldum və hiss etdim ki, başqasının traktovkasını ifa etmək mənim üçün çox çətindir. Çünki fiziki olaraq nəfəsim kəsilirdi. Özüm üçün qərara gəldim ki, dirijor olmalıyam. Təəssüf ki, özünü hamıdan üstün tutan dirijorlar da az deyil. Mən elə deyiləm, orkestr ilə vəhdətdə olmağa çalışıram. Dirijor və orkestri vahid bir orqanizmdə birləşdirməyi qarşıma məqsəd qoymuşam.

- Siz təhsil almaq üçün Kölnə getməyə qərar verdiniz. Niyə məhz oraya?

- Köln mənə yaxın dostum, gözəl dirijor Fuad İbrahimov tərəfindən tövsiyə olundu, buna görə ona çox minnətdaram. Mən qeydiyyata düşməyə hazırlaşdığım vaxt o, orada təhsilini bitirirdi.

- Təhsil aldığınız müddətdə Attendorn Kamera Orkestrinin dirijoru və bədii rəhbəri olmusunuz. Şərqdən gələn insan kimi alman musiqiçiləri ilə çalışmaq necə idi?

- Bu, çox spesifik bir orkestrdir, əksəriyyəti həvəskarlardan ibarətdir. Orada, sözün əsl mənasında, bir neçə peşəkar musiqiçi var idi. Bu cür kollektivlərə xüsusi yanaşma lazımdır, çünki onlar peşəkar deyillər, texniki imkanları peşəkar orkestrlərdəki kimi deyil, biz həftədə bir dəfə, konsertlər öncəsi isə bir qədər daha çox məşq edirdik. Təbii ki, bəzən şərqli duyğularıma qərq olurdum. (Gülür.) Elə vaxt olurdu ki, onlara deyirdim: “Gəlin, bunu belə etməyə çalışaq və ya iki dəfə daha tez ifa edək!” Onlar da mənə cavab verirdilər: “Valid, unutma ki, biz Berlin Filarmonik Orkestri deyilik...” Amma sizə deyim ki, peşəkar musiqiçilərin dəstəyi ilə, artıq bizim yaradıcı birliyimizin sonuna doğru, pandemiyadan əvvəl, onlarla çətin proqram hazırlamışdıq. Türkiyəyə işləməyə dəvət aldığım üçün bu orkestrlə vidalaşmalı oldum. Lakin orada başlatdığım bəzi Azərbaycan ənənələri qalıb. Onları həmyerlimiz Anar İbrahimov davam etdirir. Ona bu sahədə uğurlar arzulamaq istəyirəm.

- Bu təcrübə sizə nə verdi?

- Bir çox şeyi! Bu, dirijor olmaq istəyən bir şəxs üçün bacarıqlarını təkmilləşdirmək baxımından inanılmaz təcrübə və möhtəşəm fürsət idi. Bu, ilk növbədə, mənə hər bir orkestrə fərdi yanaşmanın nə qədər vacib olduğunu anlamağa imkan verdi. Çünki hamı üçün yazılı qanun yoxdur. Sonrakı təcrübəm göstərdi ki, peşəkar qruplar üçün də belə bir qanun yoxdur. Onların hamısı tamamilə fərqlidir.

- Yanaşma ilə bağlı söhbətə davam edərək... Siz tez-tez xarici ansambllarda qonaq dirijor olmusunuz. Konkret olaraq orkestrdən danışırıqsa, ümumiyyətlə musiqidə milliyyət məsələsi nə dərəcədə önəmlidir?

- Milliyyətin önəmi var. Hətta deyərdim ki, bəlkə də milliyyətdən çox mentalitetin. Bu günə kimi alman, Azərbaycan, türk, qazax, Ukrayna və bir ispan kollektivi ilə işləmişəm. Təbii ki, fərq var. Nizam-intizam, dirijora münasibət, səs, orkestrdə yerləşdirməyə yanaşma və sairə.

- Bu siyahıda sizin üçün ən çətin və ən rahat hara olub?

- Mənim üçün ən çətini təhsil aldığım müddətdə Almaniyanın “Philharmonie Südwestfallen” qrupu ilə oldu. Ən rahatı isə Azərbaycan Dövlət Simfonik Orkestri ilə. Baxmayaraq ki, ən mürəkkəb onlarla olacağını gözləyirdim.

- Niyə?

- Bu, mənim həmin orkestrdə dirijor kimi ilk əməkdaşlıq təcrübəm idi. Düzünü deyim ki, çox həyəcan keçirirdim. Çünki birincisi, orkestrin məni dirijor kimi necə qəbul edəcəyini bilmirdim. İkincisi, mən əvvəllər Dövlət Kamera Orkestrində çalışmışam və hər halda, biz rəqabət aparan kollektivlər idik. İndi də Dövlət Kamera Orkestrinin yetirməsi Dövlət Simfonik Orkestrinə dirijorluq etməlidir... Lakin mən orkestrin kollektivinə və konsertmeysteri Şəhla xanım İbrahimovaya çox minnətdaram. Yaradıcılıq üçün çox zəruri olan bu sehrə sahib olacağımızı ümumiyyətlə gözləmirdim. Lakin hər şey qaydasında oldu. Mən inanılmaz dərəcədə xoşbəxt idim. Çoxdandır ki, bu cür rəngarəng emosiyalar yaşamamışdım.

- Türkiyə orkestri ilə əməkdaşlığınız necə oldu?

- Bu, fantastik bir hekayə idi. O vaxt mən artıq Türkiyədə işləyirdim - tələbə orkestrimlə konsertlərə dirijorluq edirdim. 2022-ci ilin iyul ayında İstanbul Dövlət Simfonik Orkestri ilə iki konsertə dirijorluq etməli olduğum Maltada keçirilən musiqi festivalına dəvət aldım, lakin texniki səbəblərə görə bu orkestr son anda, sözün əsl mənasında, iki həftə əvvəl, iştirakdan imtina etmək məcburiyyətində qaldı. Mən də festivalın təşkilatçılarına rəhbərliyi ilə tanış olduğum Adana Çukurova Dövlət Simfonik Orkestri (CDSO) haqqında danışdım. Bunun fantastika olduğunu düşünürdüm, amma yenə də onlardan iki həftə ərzində qarşıdan gələn festival üçün hazırlaşa biləcəklərini soruşdum. Siz buna inanmayacaqsınız - onlar bunu bacardılar! Nəticədə məşq etmək üçün cəmi iki günümüz var idi. Biz iki böyük konsert verdik. Proqramımızda Şubertin “Yarımçıq Simfoniyası” və Bethovenin 4-cü Simfoniyası var idi. Beləliklə, mənim onlarla Maltada iki uğurlu konsertim oldu, ondan sonra bu orkestrin daimi dəvət olunan dirijoru oldum.

- Bu yaxınlarda paytaxtda üçüncü Bakı Piano Festivalı çərçivəsində orkestr və uşaq pianoçuların iştirakı ilə çıxışınız olub. Bu barədə danışın.

- Əvvəlcədən konsert dirijorsuz planlaşdırılıb. Lakin orkestr yenə də dirijorun olmasında israr edib və festival rəhbərliyi mənə müraciət edib. Razılaşdığım üçün çox şadam. Mən dirijorun təkcə uşaq solistləri ilə ən yaxşı ansambl üçün orkestrə görə deyil, həm də ünsiyyət üçün uşaqların özlərinə nə qədər lazım olduğunu gördüm, çünki onlar gözləri ilə etibar edə biləcəkləri, əsas siqnalı ala biləcəkləri, yardım üçün kimə müraciət edə biləcəkləri birini axtarırlar. Başa düşdüm ki, bu, onlara səhnədə çox böyük lazımi sakitlik faizini verir. Uşaqlar çox gözəl idi! Xüsusilə bir oğlan, Hüseyn Niftəliyevin (autizm sindromlu oğlan musiqiçi - müəllif) ifasını qeyd etmək istərdim. O, birinci Bakı Piano Festivalında (2022-ci il – red.) mən uşaq konsertinə dirijorluq edəndə də çıxış edirdi, həmin vaxt onun əsəri bu dəfəkindən qat-qat asan idi. Bu oğlanın iki ildə nə qədər böyüdüyü məni heyrətləndirdi. Valideynlərinə və müəllimlərinə təşəkkür edirəm. Əlbəttə ki, bütün digər uşaqlara da afərin deyirəm.

- Bildiyimə görə, Türkiyədə də uşaqlarla birlikdə çıxış etmisiniz …

- Çalışdığım Adana Konservatoriyasının direktoru, həmyerlimiz Ülviyyə Akbaş-Aslanovanın təşəbbüsü ilə may ayında gənclər orkestrimizin istedadlı uşaqları ilə birgə konserti baş tutdu. Bu yaxınlarda biz CDSO müdiriyyəti ilə görüşdük və gələn il ən azı iki birgə gənclər və uşaq layihəsi planlaşdırırıq; biri aprelin 23-də Türkiyədə Uşaqların Müdafiəsi Günü, digəri isə mayın 19-da Atatürkü Anma, Gənclər və İdman Günündə keçiriləcək. Gənclərlə işlədiyim üçün çox xoşbəxtəm.

- Səhnədə uşaq olanda özünüzü necə hiss edirsiniz? Duyğularınıza təsir edirmi?

- Bəli, əlbəttə. Dərhal üzümdə bir təbəssüm yaranır. Uşaqlar daha təmiz enerjiyə malikdirlər. Onlar eyni notları ifa edirlər, hər şey çox səliqəlidir, amma... onlardan fərqli bir enerji gəlir.

- Valid müəllim, söhbətimizin lap əvvəlində dirijorla orkestri vəhdət halında birləşdirmək məqsədinizdən bəhs etdiniz. Nəyi xəyal edirsiniz?

- Əfsanəvi skripka ifaçısı Şlomo Mintsin mənə tövsiyə etdiyini öyrənməyi xəyal edirəm. Onunla Astanada konsertimiz oldu. Bu skripkaçı ilə eyni səhnəni bölüşmək xoşbəxtliyi ilə yanaşı, mənim üçün ən dəyərli və unudulmaz hadisələrdən biri də onunla ünsiyyətdə olduğum günlərdir. Şlomo Mints mənə dedi: “Valid, siz “oraya”, bəstəkarın yanına, Tanrı ilə görüşə getməyi öyrənməlisiniz. Geri qayıtmağı da unutmamaq lazımdır. Amma bu, çox təhlükəlidir, çünki geri qayıtmaya bilərsən...” O, Klaudio Abbadonu (görkəmli italyan opera və simfonik dirijoru və musiqi xadimi – müəllif) misal çəkdi. Şlomo Klaudio Abbadonun dirijorluq etdiyi Alban Berqin "Votstsek" operasında olub. Tamaşadan sonra o, dostunu və həmkarını təbrik etmək üçün soyunub-geyinmə otağına enib. Abbado özündə deyildi, bədəni sözün əsl mənasında gərilmişdi... Lakin iki saatdan sonra özünə gəldi. Yəni, o “orada” olub, sonra geri dönüb. Bax, mənim musiqi ilə bağlı əsl xəyalım budur – belə tərzi öyrənmək. Çünki bu, inanılmaz nəticələr verən sehrdir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın hər üç sabiq prezidenti müharibə canisidir ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib VİDEO

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir