Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 18 yaşınadək həkim nəzarəti altında olmalıdırlar

Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 18 yaşınadək həkim nəzarəti altında olmalıdırlar

Bakı, 23 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev ağız və üz-çənə cərrahiyyəsinin istiqamətləri, yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən patologiyalar, üz-çənə nahiyəsində iltihabi proseslər və s. barədə sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- İsmayıl həkim, ilk öncə bilmək istərdik ki, ağız və üz-çənə cərrahı nə müalicə edir?

- Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ağız boşluğunda və üz-çənə nahiyəsində sərt və yumşaq toxumalarının müxtəlif növ xəstəliklərinin, zədələmələrin, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsi ilə məşğuldur. Xəstəliklərdən danışarkən biz iltihabi proseslər, şiş xəstəlikləri, zədələmələr (travma nəticəsində əmələ gələn sınıqlar, yaralanmalar, yanıqlar və s.), estetik və funksional pozuntuları (anadangəlmə və qazanılmış qüsur və deformasiyalar) nəzərdə tuturuq. Bunun üçün ağız cərrahı və ya üz-çənə cərrahı dişlərin çıxarılması, irinliklərin aşılması, diş implantasiyası və diş ətində cərrahi əməliyyatlar, onkoloji xəstəliklərin ilkin diaqnostikası üçün patoloji materialın götürülməsi, üz-skeleti sümüklərinin sınıqlarının müalicəsi, gicgah-çənə oynağının cərrahiyyəsi, üz-çənə nahiyəsində olan qüsur və deformasiyaların rekonstruksiya estetik cərrahiyyəsi kimi əməliyyatların aparılmasını bacarmalıdır.

- Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssislər hansı müasir üsullardan istifadə edirlər?

- Müasir texnologiyaların tətbiqi ilə qabaqcıl ölkələrdə istifadə olunan hər yeni yanaşmalar demək olar ki, Azərbaycanda da tətbiq olunur. Bunlara aiddir: endoskopiya üsulu ilə diaqnostika və cərrahiyyə; distraksion osteogenez; lazer cərrahiyyəsi; mikrocərrahiyyə; rəqəmsal texnologiyalara əsaslanan diaqnostikada, planlaşdırma, simulyasiya və müalicə üsulları; naviqasiya ilə aparılan cərrahiyyə, toxuma mühəndisliyi, kötük hüceyrələrin tətbiqi texnologiyası.

- Yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən bəzi patologiyaların qarşısını almaq mümkündürmü?

- Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalq arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdir. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozulmalar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur. Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi. Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlərə rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır. Həmin patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, ortodontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır. Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır. Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gecikmə isə nitqdə pozulmalara gətirib çıxarır.

- Üz skeleti sümüklərinin inkişafdan qalması üzdə müxtəlif deformasiyalara səbəb olur. Onların üz-çənə cərrahiyyəsi ilə aradan qalxması mümkündürmü?

- Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyalar ilə yaşayan bir çox insan mövcuddur. Bunlar qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardır. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Həmin əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən “ortoqnatik cərrahiyyə” adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır. Bu zaman pasiyent ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müdaxiləyə ehtiyac olub-olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır. Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmsal texnologiyaları tətbiq etmədən həmin əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz. Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur.

- Gicgah - çənə oynağı disfunksiyasının səbəbini nədə görürsünüz?

- Gicgah-çənə oynağı çənə hərəkətlərini yerinə yetirən strukturdur. Onun fəaliyyətinin pozulması həyat əhəmiyyətli funksiyaları, qida qəbulunu və nitqi ciddi şəkildə çətinləşdirir, bəzən yorucu dözülməz ağrılara gətirir. Həmin xəstəliyin yaranması ümumi orqanizmdə gedən proseslərlə və yerli təsiredici amillərlə bağlıdır. Ümumi səbəblərdən, ilk növbədə, revmatizm xəstəliyi, eləcə də osteoporoz, hormonal dəyişikliklər və nevrozu xüsusi qeyd etmək istəyərdim. Yerli səbəblərdən isə dişləmin pozulması ilə müşahidə olunan diş-çənə sisteminin müxtəlif patologiyalarını qeyd etmək olar.

- Üz-çənə nahiyəsinin iltihabı proseslərinin səbəbini nədə görürsünüz?

- Burada əsasən diş mənşəli iltihabı proseslərlə daha çox rastlaşırıq. İmmunitetin zəifləməsi həmin xəstəliyin daha da sürətli inkişafına gətirir və ölümlə nəticələnə bilir. Diş mənşəli iltihab proseslərin artması ağız boşluğunun gigiyenası, stomatoloqa vaxtında müraciət etməmək və bəzi stomatoloji xidmətin lazımi səviyyədə olmamasından irəli gəlir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir