SİYASƏT
Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

Bakı, 1 oktyabr, AZƏRTAC
Kosmos vasitəsilə hər bir xalqın, dövlətin imkanlarını müəyyən etmək və ehtiyaclarını həll etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İAF-ın xüsusi müşaviri Dominik Tilmans Bakıda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısından sonra keçirilən mətbuat konfransında deyib: “Kosmos vasitəsilə monitorinq aparmağın əhəmiyyəti çox böyükdür. Bu, bütün sahələri əhatə edir. O, demək olar ki, bizim həyatımızın içindədir”.
Kosmosun imkanlarından danışan xüsusi müşavir mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.