SİYASƏT
Dominik Trenkan: Balanslaşdırılmış siyasət dünyada sülhün qorunmasına xidmət edir VİDEO
Paris, 10 yanvar, AZƏRTAC
Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Bu cür siyasət dünyada sülhün qorunmasına xidmət edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransanın BMT-dəki missiyasının sabiq komandanı general Dominik Trenkan söyləyib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransada qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşündə iştirak etmiş Dominik Trenkan bildirib ki, tədbirdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın tarazlaşdırılmış siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirildi və səmərəli müzakirələr aparıldı.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris