Donald Tramp Baydenin seçki mübarizəsindən çəkilməsini şərh edib
Vaşinqton, 22 iyul, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezident seçkilərindəki namizədi Donald Tramp ABŞ Prezidenti Co Baydenin seçki mübarizəsindən çəkilməsinə reaksiya verib.
AZƏRTAC-ın məlumatına görə, o, Baydenin prezidentliyə namizədliyinin uyğun olmadığını bildirib.
“Onun ətrafında olan hər kəs, həmçinin həkimi və media bilirdi ki, o, prezident olmağa uyğun deyil və heç zaman da olmayıb. Biz onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, lakin onun vurduğu zərəri çox tez aradan qaldıracağıq?”,- deyə Tramp qeyd edib.
O, “NBC News” kanalına müsahibəsində deyib ki, ABŞ tarixində ölkəsinə bu qədər zərər verən ikinci prezident olmayıb və o, ABŞ-ın bu günə kimi hakimiyyətdə olmuş ən pis prezidentidir.
CNN-ə müsahibəsində isə Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib. O, öz yerinə vitse-prezident Kamala Harrisi təklif edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton