Donald Tramp BMT sammiti çərçivəsində ərəb ölkələrinin liderləri ilə görüşə bilər
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının sammiti çərçivəsində ərəb ölkələrinin liderləri ilə görüşə bilər.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, görüşə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, İordaniya və Türkiyə liderləri dəvət olunub.
Görüşdə müsəlman ölkələri rəhbərləri Donald Trampdan Qəzza sektorunda hərbi əməliyyatlara son qoyması üçün İsrailin Baş naziri Binyamin Netanyahuya təzyiq göstərməsini istəyəcək. Portal, həmçinin digər mənbələrinə istinadla Donald Trampın sentyabrın 23-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Bəhreyn və Küveytin liderlərinin iştirakı ilə daha bir görüş keçirməyi planlaşdırdığını yazıb. Görüşdə İsrailin bu ölkələrə də zərbələr endirə biləcəyinə dair narahatlıqlar əsas müzakirə mövzusu olacaq.
Birləşmiş Ştatların dövlət başçısı sentyabrın 29-da Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]