Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı Rəcəb Tayyib Ərdoğana müraciət edib
Bakı, 8 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin nizamlanması üçün vasitəçilik etməsini istəyib.
AZƏRTAC xəbər verir ki, “Hürriyet” qəzetinin yazdığına görə, Rəcəb Tayyib Ərdoğan həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putin ilə danışıqlar apara bilər. “Əgər Ukrayna Böyük Britaniya və ABŞ-ın təzyiqi ilə danışıqlar masasını tərk etməsəydi, Türkiyə müharibənin ilk üç ayı ərzində sülhə nail ola bilərdi”, - deyə məqalədə vurğulanıb.
Türkiyə mediasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarının təklifinə müsbət cavab verib.
Qeyd edək ki, bir müddət öncə, mart ayında Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti ilə telefon danışığında Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]