SİYASƏT
DONOR ÖLKƏLƏR İRAQA 1MİLYARD DOLLAR MƏBLƏĞİNDƏ YARDIM AYIRMIŞLAR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin məlumatına görə, İraq donorları klubu konfransının iştirakçıları bu ölkənin bərpa edilməsinə 1 milyard dollar ayırmışlar. Bu pul hazırda BMT-nin və Dünya Bankının fondlarındadır. İraqın hakimiyyət orqanları isə bildirirlər ki, həmin puldan dərhal istifadə etmək lazımdır.
Donor ölkələr İraqın bərpasına ümumən 33 milyard dollar ayırmağa söz vermişlər, lakin bəzi ölkələr, məsələn, Fransa və Almaniya bildirmişlər ki, əgər pullar ABŞ və Böyük Britaniyanın nəzarətində olsa, Bağdadın hesabına pul köçürməkdən imtina edəcəklər.