DOST mərkəzlərində 8 ayda 460 min vətəndaşa xidmət göstərilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında DOST mərkəzləri tərəfindən 460 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda fəaliyyət göstərən 7 DOST mərkəzində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə həmin mərkəzlərdə ümumilikdə 1,7 milyon vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə son 8 ayda 18,5 min müraciət olub və proqrama daha 1002 nəfər cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]