DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA ELMİ-PRAKTİK KONFRANS
Prezidentin İcra Aparatının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurasının sədri Ramiz Mehdiyev konfransı açaraq dedi ki, bu günlər biz dövlət qulluqçularının peşə bayramını qeyd edirik. Bu əlamətdar hadisə ilə bağlı Prezident İlham Əliyev iyunun 22-də çox mühüm sənədlər imzalamışdır. Prezident bütün dövlət qulluqçularını təbrik etmiş, ilk dəfə ölkədə dövlət qulluqçularının fəaliyyətinə çox yüksək qiymət vermiş, onların böyük bir qrupunu orden, medal və fəxri adlarla təltif etmişdir. Bununla da demək olar ki, dövlət qulluqçuları ilə bağlı yeni bir ənənə qoyulur. Bu gün dövlət qulluqçularının böyük bir qrupu Fəxri xiyabanda olmuş, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoymuşdur. Həqiqətən də, Azərbaycanda idarəçiliyin müasir tipdə əsasını Heydər Əliyev qoymuşdur və o ənənələr bu gün uğurla davam və inkişaf etdirilir. Bugünkü elmi-praktik konfrans da Prezident İlham Əliyevin tapşırığı ilə keçirilir.
Sonra Ramiz Mehdiyev “Azərbaycanda dövlət qulluğu sistemi:
formalaşması, qanunvericilik bazası və əsas prinsipləri” mövzusunda geniş məruzə ilə çıxış etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]