“Dövlət idarəetməsi: nəzəriyyə və praktika” kitabı nəşr olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi hüquq elmləri doktoru, professor Əli Rzayevin “Dövlət idarəetməsi: nəzəriyyə və praktika” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vəsaitdə idarəetmənin mahiyyəti, məzmunu, mexanizmi, həmçinin insanın həyat fəaliyyətində, dövlətçilik sistemində - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət qulluğunda onun yeri və rolu sosial, siyasi və hüquqi aspektlərdə təhlil edilib.
Kitab bakalavr, magistrant və doktorantlar üçün dərs vəsaiti kimi, habelə idarəetmə problemləri ilə məşğul olan tədqiqatçılar, dövlət qulluğunda çalışanlar və bu məsələlərlə məşğul olanlar üçün nəzərdə tutulub.