Dövlət Miqrasiya Xidməti Salyan və Neftçalada səyyar xidmət təşkil edib
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Salyan və Neftçala rayonlarında sənədsiz və qeydiyyatsız yaşayan 12 nəfərə yaşadığı ünvanda səyyar xidmət göstərilib.
DMX-dən AZƏRTAC-a bildirilib ki, onlardan beşinə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması, bir nəfərə isə tanınmaması ilə bağlı qərar təqdim olunub.
Müraciət edənlərdən biri müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, digəri vətəndaşlıq mənsubiyyətinin yenidən araşdırılmasını bildirən məktub, iki nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün tələb olunan sənədlərin siyahısını əldə edib.
Səyyar xidmətin təşkilində məqsəd vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunu, onların müraciətlərinin yerində və operativ həllini təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]