Dövlət Neft Şirkətinin ekologiya idarəsində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin təşkilatçılığı ilə “Eko-park”da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə şirkətdə həyata keçirilən ekoloji tədbirlər haqqında məlumat verilmiş, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi liderlərinin çıxışları dinlənilmiş, uşaqların hazırladıqları tamaşa və rəqslər iştirakçılara təqdim olunmuşdur.
Daha sonra tədbir Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin təşkil etdiyi “Məktəb bağları” adlı rəsm sərgisi ilə davam etdirilmişdir.
Sərgidə nümayiş olunan rəsmlərdə şagirdlərin ətraf mühitin mühafizəsinə baxış və münasibətləri əksini tapmışdır.
Tədbir iştirakçıların “Eko-park” gəzintisi ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]