DÖVLƏT NEFT ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ TƏBRİZDƏ OLMUŞLAR
ARDNŞ-nin ''Əmir Kəbir'' pavilyonunda qurulmuş stendi sərgi iştirakçılarının, o cümlədən neft və qaz mütəxəssislərinin, elm və istehsalat sahələrində çalışan insanların, eləcə də tələbələrin böyük marağına səbəb olmuşdur. Onlar Dövlət Neft Şirkətinin nümayəndələrinə Azərbaycanın neft sektorunda əldə edilmiş nailiyyətlər, ''Azəri-Çıraq-Günəşli'' və ''Şahdəniz'' layihələri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri barədə çoxsaylı suallar vermişlər. Şirkət nümayəndələri maraqlananları Azərbaycan neft sənayesində görülən işlər barədə ətraflı məlumatlandırmışlar. Eyni zamanda İran İslam Respublikasının və digər ölkələrin xarici şirkətlərinin neft və qaz sahəsində tətbiq etdikləri müasir texnologiyalar barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]