DÖVLƏT PROQRAMININ İCRASI İLƏ ƏLAQƏDAR İŞÇİ QRUPU YARADILMIŞDIR
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ağstafalılar tərəfindən razılıqla qarşılanmış və əhalinin sabaha inamını daha da artırmışdır. Bu mühüm tarixi sənədin yerinə yetirilməsi sahəsində rayonda gərgin iş mexanizmi yaradılmış, görülən işlər daha da sürətləndirilmişdir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sahədə görüləcək işlərin tədbirlər planı hazırlanmış və Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar xüsusi komissiya təşkil edilmişdir. Tədbirlər planının icrasını sürətləndirmək üçün komissiyanın nəzdində 5 işçi qrupu yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]