Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 134 nəfər uğur qazanıb
Bakı, 13 mart, AZƏRTAC
Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC xəbər verir ki, DİM-in martın 13-ü saat 11:10-a olan göstəricilərinə əsasən, müsahibədə 134 nəfər uğur qazanıb. Onlardan 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 17-si Şəki Apelyasiya Məhkəməsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]