DÖVLƏT QULLUQÇULARI PEŞƏ BAYRAMINI QEYD EDİRLƏR
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dövlət qulluqçularının bir qrupu iyunun 23-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil, gül-çiçək dəstələri qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər qərənfillər düzmüşlər.
Prezidentin İcra Aparatının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurasının sədri Ramiz Mehdiyev jurnalistlərə müsahibəsində demişdir ki, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülür. Gələn illərdə onların vəzifə maaşları daha da artırılacaqdır. Hesab edirəm ki, əmək haqlarının artırılması və digər imtiyazlar dövlət qulluqçularının sosial müdafiəsini gücləndirməklə yanaşı, korrupsiyaya qarşı mübarizədə də mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]