DÖVLƏT REYESTR XİDMƏTİ ÜZRƏ YENİ TARİFLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Tarif (Qiymət) Şurasının növbəti iclasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni tarifləri təsdiq olunmuşdur. Qəbul olunmuş qərara əsasən, mövcud tariflər 20-50 faiz arasında dəyişdirilmişdir. Bu, qurum tərəfindən göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsinə imkan yaradacaqdır.
Yeni tariflər oktyabrın 1-dən qüvvəyə minəcəkdir.
Xatırladaq ki, yeni tariflər qonşu ölkələrdəki tariflərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, Rusiyada bu xidmətlərin baza tarifləri orta hesabla 40-180 manat, Gürcüstanda 15-100 manat səviyyəsindədir. Azərbaycanda isə bu tariflər müvafiq olaraq 10-70 manat arasında dəyişir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]