Dövlət Vergi Xidmətinin rəis müavini Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayev aprelin 10-da saat 11:00-dan etibarən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: AZ2001, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinləri ilə görüşəcək.
DVX-dən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 31 mart - 8 aprel 2026-cı il tarixlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə, Gəncə, Naftalan şəhərləri və Goranboy rayonu Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin “195-1 Çağrı Mərkəzi”nə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir
- 12.06.2026 [14:33]
AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
- 12.06.2026 [14:12]
“Bitcoin”in qiyməti 63 min dolları ötüb
- 12.06.2026 [13:09]
® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək
- 12.06.2026 [12:58]