DÖVLƏT XOR KAPELLASININ KONSERTİ
Bədii rəhbər və baş dirijor, xalq artisti Gülbacı İmanovanın idarəsi ilə iki hissədən ibarət konsertdə xor və solistlər Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər. Kapellanın ifasında Üzeyir Hacıbəyovun “Ey vətən”, “Şəbi-hicran”, Cahangir Cahangirovun “Füzuli” kantatası (III hissə), “Soruşma”, Asəf Zeynallı, Səid Rüstəmov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə və digər bəstəkarların əsərləri səslənmişdir. Xalq artisti Şahlar Quliyev, əməkdar artist Gülnaz İsmayılova, solistlər İlahə Əfəndiyeva, Səbinə Əsədova, Anar Şuşalının oxuduğu mahnılar hərarətli alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]