Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentindən
AZƏRTAC-a bildirmişlər ki, noyabrın 28-də Komitənin Azərbaycan, ingilis və rus dillərində internet saytı açılmışdır. Yeddi bölmədən ibarət saytın ünvanı belədir: www.refugees-idps-committee.gov
. az. Komitənin elektron ünvanı: info@ refugee.gov.az. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 3-cü bölməsinin 7-ci bəndində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə təbliğat materiallarının hazırlanması və yayılması barədə qarşıya qoyulan tapşırıq yerinə yetirilmişdir. Bundan əlavə, Komitənin internet saytında “Qaynar xətt” bölməsi açılmışdır. Bununla da qaçqın və məcburi köçkünlərin təklif və şikayətləri müvafiq şöbələr tərəfindən həm elektron ünvan, həm də telefon vasitəsilə qəbul olunacaqdır.
Ümumiyyətlə, bu sayt vasitəsilə qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslər barədə ətraflı məlumat almaq mümkündür.
Dövlətqaçqınkomun internet saytı və elektron ünvanı yerli və beynəlxalq ictimaiyyətə bu qurum haqqında ətraflı informasiya almaq imkanı yaradır.