DRENAJ KANALININ ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunun Talış kəndi yaxınlığında qrunt sularının qarşısını almaq məqsədi ilə 1450 metr uzunluğunda yeni drenaj kanalının çəkilişi başa çatmışdır. Uzun illər sel sularına məruz qalan kənd evlərinin uçmaq təhlükəsinin aradan qaldırılması sakinlərin razılığına səbəb olmuşdur.