Drezdendə ictimai nəqliyyatlarda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilir
Bakı, 26 fevral, AZƏRTAC
Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 23 il əvvəl Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər və aksiyalar keçirir.
Almaniyanın Saksoniya federal torpağının inzibati mərkəzi olan Drezden şəhərindəki şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiya Drezdendə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirilir.
Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda 24 saat ərzində hər beş dəqiqədən bir “Xocalı” videoçarxı nümayiş olunur. İyirmi saniyəlik videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı soyqırımının törədildiyi tarix - 26.02.1992 yazılır. Daha sonra “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş Xocalı soyqırımı qurbanlarını anır”, “Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8”, “Azərbaycana qarşı insanlıq faciəsi” yazıları bir-birini əvəz edir.
Drezden sakinləri daha üç gün ərzində Xocalı soyqırımı barədə məlumatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]