Dubayda qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-si Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, ilk yarış günündə qılıncoynatmanın sablya növündə gənc oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Oğlanların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə braziliyalı Fernando Façini (15:11) ardınca Qazaxıstan təmsilçisi Bexultan Abzhala (15:12) qalib gələrək ən yaxşı 32 gənc idmançı sırasına yüksəlib. M.Hüseynli 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalına kimi irəliləyən Pietro Torreyə 6:15 hesabı ilə uduzub.
Qrup mərhələsini adlaya bilməyən Murad Əkbərov və Saleh Məmmədov isə mübarizəni erkən başa vurub.
Gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Sofiya Mamina pley-offa yüksəlsə də, 64-lüyə yüksəlmək üçün keçirilən görüşdə yunan təmsilçisi Aleksandra Papapetropoulouya 13:15 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]