DÜNYA BANKI AZƏRBAYCANA ƏLAVƏ KREDİT AYIRACAQ
Dünya Bankının (DB) Bakıdakı nümayəndəliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu maliyyə təşkilatının Direktorlar Şurası Azərbaycana təxminən 13 milyon dollar məbləğində kredit ayrılması haqqında qərar qəbul etmişdir. Bu vəsait Bakı şəhərinin su təchizatı sistemini yaxşılaşdırmağa yönəldiləcəkdir.
Həmin vəsaitin lazımi avadanlıq alınmasına və su kəmərlərinin 2000-ci ilin noyabrında baş vermiş zəlzələ zamanı zədələnmiş sahələrinin təmirinə xərclənməsi nəzərdə tutulur.
Kredit hesabına Ceyranbatan su anbarının yenidən qurulması, habelə sutəmizləyici qurğuların təmir edilməsi də planlaşdırılır.
1995-ci ildə DB ekspertləri Azərbaycan mütəxəssisləri ilə birlikdə paytaxtın su kəmərlərinin və sutəmizləmə sistemlərinin bərpası layihəsi üzərində işləmişlər. Layihənin ümumi dəyəri 100 milyon dollardır, bunun 60 faizini Dünya Bankı, qalan 40 faizini isə Avropa Yenidənqurma və İnkişaf Bankı verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]