Dünya birinciliyi: Boksçumuz yarımfinalda Rusiya təmsilçisi ilə qarşılaşacaq
Bakı, 20 aprel, AZƏRTAC
Bu gün Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov (49 kq) finala vəsiqə uğrunda rusiyalı Robert Bədəlyanla mübarizə aparacaq. N.Hüseynov səkkizdəbir final qarşılaşmasında Allan Morozovu (Estoniya), dörddəbir final görüşündə isə macarıstanlı Levent Eqedusu məğlub edib. İdmançımız yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Azərbaycanın 9 təmsilçisinin qatıldığı dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]