DÜNYA ÇEMPİONATINDA QƏLƏBƏYƏ GÖRƏ RUSİYANIN MÜKAFATI 7 MİN DOLLAR TƏŞKİL EDƏCƏKDİR
Bakı, 10 avqust (AZƏRTAC). Rusiya hökuməti dünya və Avropa çempionatlarının qalibləri olan Rusiya idmançılarına pul mükafatlarının miqdarını müəyyənləşdirmişdir. Baş nazir Vladimir Putinin imzaladığı Sərəncama əsasən Rusiyanın olimpiya idman növləri üzrə yığma komandalarının üzvləri dünya birinciliklərində qızıl medal üçün 7000 dollara, gümüş medala 3500, bürünc medala görə isə 2100 dollara bərabər pul mükafatı alacaqlar. Qitə birinciliklərində eyni nailiyyətə görə pul mükafatları belə müəyyənləşmişdir: müvafiq olaraq 3500, 1750 və 1050 dollar.
Qaliblərin və mükafatçıların yarışlara hazırlığını təmin edən məşqçilər və mütəxəssislər üçün də pul mükafatlarının məbləği müəyyən edilmişdir: müvafiq olaraq qızıl, gümüş və bürünc medallar üçün dünya çempionatlarında - 3350, 1650 və 1000 dollar, Avropa çempionatlarında 1500, 750 və 450 dollar.
Xatırladaq ki, Azərbaycanda dünya çempionu qələbəyə görə 10 000 manat, gümüş medal üçün 5000 manat, bürünc medal üçün isə 3000 manat mükafat alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]