Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya ictimaiyyəti Sərsəng su anbarının harayına biganə qalmamalıdır

Dünya ictimaiyyəti Sərsəng su anbarının harayına biganə qalmamalıdır

Tərtər, 30 noyabr (AZƏRTAC). Yüzilliklərdən ötüb gəlmiş aşağıdakı el bayatısı sanki Sərsəng su anbarının bu günü üçün səslənmişdir. Hazırda baş verə biləcək böyük bir faciə ilə üz-üzə qalmış, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə möhtac Sərsəng su anbarının.

Haray, ellilər, haray,

Atı yellilər, haray!

Dəhnəni su aparır,

Əli bellilər, haray!

Sərsəng su anbarı 1965-1976-cı illərdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Ağdərə rayonunun ərazisində, Tərtər çayının üzərində, dəniz səviyyəsindən 726 metr hündürlükdə inşa edilmişdir. Bu su anbarı hündürlüyü 125 metr olan bənddən, həcmi 560 milyon kubmetr, sukeçirmə qabiliyyəti saniyədə 900 kubmetr olan hidrotexniki qurğudan ibarətdir. Anbarda gücü 50 min kilovat olan su elektrik stansiyası da mövcuddur.

Bütövlükdə respublikamızın 150 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş bu su anbarı bir vaxtlar Azərbaycan SSR-in iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynamışdır. Su anbarı respublikanın 7 rayonunun (Ağdam, Ağdərə, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Goranboy) 100 min hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edirdi. Məhz bu anbarın istismarından sonra həm dağlıq, həm də aran Qarabağın kənd təsərrüfatı (pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, heyvandarlıq) və sənayenin bir çox sahəsi (çit istehsalı, ipəkçilik, ət və süd məhsulları, şərabçılıq) sürətlə inkişaf etmişdi.

Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan bu əvəzsiz su anbarı 1992-ci ildən erməni işğalçılarının nəzarəti altındadır və suya möhtac min hektarlarla əkin sahələri onun imkanlarından bəhrələnə bilmir.

Erməni qəsbkarlarının xalqımıza vurduqları maddi və mənəvi zərərlərdən çox deyilmiş, çox yazılmışdır. Torpaqlarımızın işğalından 20 ildən çox ötməsinə baxmayaraq bu zərər həm iqtisadi, həm də ekoloji baxımdan hələ də artmaqda davam edir.

Qeyd etdiyimiz kimi, işğaldan əvvəl Sərsəng su anbarından çəkilən kanallar vasitəsilə suvarılan Aran Qarabağın 6 rayonunu əhatə edən məhsuldar torpaqlar 20 ildən artıqdır ki, su anbarının imkanlarından məhrum edilmişdir. Minlərlə azərbaycanlı ailəsinin işığını söndürmüş erməni işğalçıları bəndin üzərindəki su elektrik stansiyasının elektrik enerjisindən bol-bol istifadə etsələr də, mənfur niyyətlərindən əl çəkmirlər. Hər gün düşmənin mövqelərindən atəşkəsin pozulduğu cəbhəyanı kəndlərdə əhali məhz qarşı tərəfin törətdiyi bir çox problemlərlə üz-üzə qalmışdır. Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə daha artıq zərər vurmaq üçün anbarın suyunu payızın sonu və qış aylarında buraxır, nəticədə torpaqlar su altında qalır, yollar dağılır, kənd təsərrüfatına böyük ziyan dəyir. Suya ehtiyac olan yaz-yay aylarında isə bəndin qarşısı kəsilir. Nəticədə əkin sahələri quruyur, yaşıllıqlar məhv olur, torpağın bioloji strukturu mənfiyə doğru dəyişir. Tarixən münbit və məhsuldar olan torpaqlar yararsızlaşır. Həmçinin əhalinin və torpağın daha artıq zərər çəkməsi üçün su ilə partlayıcı sursatlar, məişət tullantıları, zəhərli maddələr də axıdılır. Sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən Tərtər çayına axıdılması nəticəsində Sərsəng su anbarından gələn suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Bu da əhalidə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Quraqlıq və çirklənmiş suların axıdılması nəticəsində ərazinin flora və faunasına ciddi ziyan dəyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günədək erməni işğalçıları xalqımıza və ərazimizə qarşı terrorun hər növündən istifadə etmişlər. Təbiətimizə vurulan zərərləri isə haqlı olaraq ekoloji terror adlandırmaq olar. Bütün bunlar Sərsəng su anbarı ilə bağlı real təhlükənin yalnız görünən tərəfləridir.

Təəssüf ki, 560 milyon kubmetr su tutumu olan bu həyat mənbəyi 6 rayonun 400 mindən çox mülki əhali üçün əsl təhlükə mənbəyidir və bu təhlükə zaman keçdikcə daha da çoxalmaqdadır. Ermənistanın işğalı altında qalan su anbarı 20 ildən artıqdır ki, baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşmüşdür. Məhz erməni xislətinə xas olan təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər.

Təkcə su anbarının yerləşdiyi coğrafi ərazini (dəniz səviyyəsindən 726 metr hündürlükdə) nəzərə alsaq, anbardan aşağıda yerləşən ərazilərin, o cümlədən yaşayış məntəqələrinin aqibətini təsəvvür etmək olar. Əgər fəlakət baş verərsə, təkcə Tərtər rayonunun 20 kəndi tamamilə, 7 kənd, 1 qəsəbəsi isə qismən məhv ola bilər. Son illərdə dövlətimiz tərəfindən yuxarıda adıçəkilən rayonların ərazisində qaçqın və məcburi köçkünlər üçün qəsəbə və şəhərciklər salınmışdır. Əgər fəlakət baş verərsə, artıq bir dəfə yurd-yuvalarını itirmiş bu insanların aqibəti necə olacaqdır?

Təəssüf ki, torpaqlarımızın işğalından uzun müddət keçməsinə baxmayaraq, Sərsəng su anbarının törətdiyi fəsadlar və onun hazırkı durumu diqqətdən kənarda qalmış, bu məsələ beynəlxalq təşkilatlarda gündəmə gətirilməmişdir. Lakin bu istiqamətdə artıq həyəcan təbili çalınmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) problemə dünya və yerli ictimaiyyətin, beynəlxalq qurumların diqqətinin cəlb edilməsinə yönəlmiş “Sərsəng - humanitar faciənin qarşısının alınması” adlı layihənin icrasına başlamışdır. Layihə çərçivəsində həm ölkə, həm də xarici kütləvi informasiya vasitələrində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə müxtəlif dillərdə məlumatlar dərc edilmiş, beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurası, Avropa Parlamenti və Avronest Parlament Assambleyasına qətnamə layihələri təqdim olunmuşdur.

İnanırıq ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Sərsəng harayına biganə qalmayacaq, insanlığa qarşı yaranmış təhlükənin qarşısı vaxtında alınacaqdır. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində haqq-ədalət zəfər çalacaq, Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad ediləcək, başqa sərvətlərimiz və dəyərlərimiz kimi, Sərsəng su anbarı da öz qanuni sahiblərinə - Azərbaycan xalqına qaytarılacaqdır.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir