DÜNYA ŞƏBƏKƏSİNDƏ MİLLİ SEQMENTİN İNKİŞAFI ÜÇÜN STİMUL YARADILIR
Lakin bu heç də sonuncu yenilik deyildir. COM, NET, ORG və sair domenlərdə saytları olan bütün şirkət və təşkilatlar üçün AZ domeninə keçmək pulsuzdur, onlardan texniki dəstəyə görə bir il ərzində haqq da alınmayacaqdır.
Hazırda 10 mindən çox Azərbaycan saytı başqa domen zonalarında yerləşir. Onların milli AZ zonasına qaytarılması dünya şəbəkəsində milli seqmentin inkişafı üçün yaxşı stimul olacaqdır.