Dünya Turizm Günü münasibətilə Bakıda ümumrespublika daxili turizm konfransı keçirilir
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi çərçivəsində Dünya Turizm Gününün təntənəli şəkildə qeyd olunması məqsədi ilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kempinski Badamdar” mehmanxanasında ümumrespublika daxili turizm konfransı işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konfransda yay turizm mövsümünün başa çatması, həmçinin 27 sentyabr - Dünya Turizm Günü münasibətilə həyata keçirilən bir sıra tədbirlər, hazırda inşa edilən turizm obyektləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, 27 sentyabr - Dünya Turizm Günü 2001-ci ildən etibarən Azərbaycanda geniş qeyd edilir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görülür.
Tədbirdə artıq başa çatmaqda olan 2011-ci ilin yay turizm mövsümünün yekunları da müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]